Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika naziri Belçika Krallığının Azərbaycandakı səfirini qəbul edib - BBN

Energetika naziri Belçika Krallığının Azərbaycandakı səfirini qəbul edib

Energetika naziri Pərviz Şahbazov və Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans arasında görüş keçirilib.

Görüşdə Azərbaycan və Belçika arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq münasibətlərindən bəhs edilib. Azərbaycanın energetika sektorunda həyata keçirdiyi islahatlar, enerji səmərəliliyi, bərpa olunan enerjidən istifadənin genişləndirilməsi, ümumilikdə enerji keçidi istiqamətində görülən işlər, hazırlanan qanunvericilik aktları, özəl investisiyaların cəlbi ilə həyata keçirilən enerji layihələri barədə məlumat verilib. Bu istiqamətdə iki ölkə arasında enerji əməkdaşlığının xüsusilə bərpa olunan enerji sahəsi üzrə inkişafı perspektivlərindən bəhs edilib, Belçika şirkətlərinin bərpa olunan enerji hərraclarında iştirakının əməkdaşlıq üçün əlavə imkanlar yarada biləcəyinə inam ifadə olunub.

Ölkəmizin müəllifi olduğu mühüm enerji layihələrinin regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr, xüsusilə enerji mənbə və marşrutlarının diversifikasiyasına xidmət edən “Cənub Qaz Dəhlizi”nin qlobal enerji təhlükəsizliyi kontekstində əhəmiyyəti vurğulanıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı