Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika naziri Biləsuvarda vətəndaşları qəbul edib - BBN

Energetika naziri Biləsuvarda vətəndaşları qəbul edib

Aprelin 26-da energetika naziri Pərviz Şahbazovun Biləsuvar rayon Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, küçə işıqlandırması, kabellərin çəkilişi, enerjinin keyfiyyəti, elektrik veriliş xətlərinin mühafizə zonası, qurğu və avadanlıqların istismar vəziyyəti, təbii qaz təchizatı, qaz və elektrik enerjisi sərfiyyatına görə yaranmış borc və cərimələr, həmçinin digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qəbulda Biləsuvar rayonu ilə yanaşı, Bakı və Şirvan şəhərləri, həmçinin Lənkəran, Salyan və Cəlilabad rayonlarından olan 22 vətəndaş iştirak edib.

Related posts

“Unibank”ın mənfəəti bölüşdürüləcək

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı