Energetika naziri Çex Respublikasının sənaye və ticarət naziri ilə görüşüb

Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Çexiyanın sənaye və ticarət naziri Jozef Sikela arasında görüş olub.

Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə dinamik inkişaf etdiyi və Azərbaycanın Çex Respublikasına xam neftin təchizatında mühüm tərəfdaş olduğu qeyd edilib. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”ə müvafiq olaraq yaradılmış Birgə İşçi Qrupu çərçivəsində ikitərəfli əlaqələrin inkişafı, SOCAR və CEZ şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin azad edilmiş ərazilərdə KSES və günəş panelləri, külək trubinlərinin istehsalı sahələrində Çex şirkətləri ilə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Azərbaycandan Avropaya “yaşıl enerji”nin ixracı və “Həmrəylik Halqası” layihələri ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirib

Mərkəzi Bankın sədr müavini Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə görüşüb

Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı