Energetika naziri “Falk Beratung” şirkətinin icraedici direktorunu qəbul edib

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Almaniyanın “Falk Beratung” şirkətinin icraedici direktoru Thomas Falkı qəbul edib.

Görüşdə bərpa olunan enerji, o cümlədən yaşıl hidrogen və ammonyak istehsalı, ixracı sahələrində Azərbaycanda mövcud əməkdaşlıq perspektivləri haqqında məlumat verilib. “Falk Beratung” şirkətinin timsalında Alman şirkətləri Azərbaycanda “yaşıl enerji”dən istifadənin inkişafında və ixrac planlarının reallaşdırılmasında iştiraka dəvət edilib.

Related posts

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

“AzerGold” QSC-də qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı növbəti seminar keçirilib

Yanvar-fevral aylarında 8,1 milyard kubmetr təbii qaz hasil edilib