Energetika naziri Hacıqabulda vətəndaşları qəbul edib

Energetika naziri Pərviz Şahbazov Hacıqabul şəhərində vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşların enerji təchizatı, elektrik avadanlıqlarının istismar vəziyyəti, sayğacların quraşdırılması, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Hacıqabul rayonu ilə yanaşı, Bakı, Şirvan, Ağcabədi şəhərləri, Ağdam, Biləsuvar və Sabirabad rayonlarından olan vətəndaşlar iştirak edib.

Related posts

İİTKM-in şöbə müdiri Çində seminarda iştirak edib

Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Serbiya ilə enerji əməkdaşlığının inkişafı müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı