Energetika naziri Lənkəranda vətəndaşları qəbul edib

Dekabrın 13-də energetika naziri Pərviz Şahbazov Lənkəran şəhərində vətəndaşları qəbul edib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi təchizatı, sayğac quraşdırılması, elektrik enerjisindən istifadəyə görə borcun yaranması, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və istismar vəziyyəti, təbii qaz təchizatı, işlə təminat və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbulda Lənkəran, Astara, Biləsuvar və Cəlilabaddan olan 11 vətəndaş iştirak edib.

Related posts

“Azexport” portalı və “Tradexter Global” Azərbaycan mallarını Türkiyə bazarlarına çıxarır

Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə təbii inhisar subyektlərinin nümayəndələri üçün maarifləndirici seminar keçirilib

SOCAR ilə İtaliyanın “İntesa Sanpaolo” bankı arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı