Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika naziri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb - BBN

Energetika naziri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Energetika naziri Pərviz Şahbazovla Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku arasında görüş olub.

Görüşdə Azərbaycanın təşkilata sədrliyi dövründə əməkdaşlıq gündəliyində enerji sahəsinə dair məsələlər, həmçinin ölkəmizin enerji təhlükəsizliyindəki rolu və qlobal enerji keçidi ilə bağlı müzakirələr aparılıb.

Baş katib Azərbaycanın təşkilatla əməkdaşlığının fəal və konstruktiv olduğunu qeyd edib və ölkəmizin təşkilatın sədri, Enerji İşçi Qrupunun koordinatoru kimi Qara dəniz regionunda çoxşaxəli əlaqələrin inkişafına da töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə Azərbaycanda həyata keçirilən bərpa olunan enerji layihələri, eləcə də “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsindən danışılıb. Layihənin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji tərəfdaşlığının gücləndirilməsinə xidmət edəcəyi bildirilib.

Söhbət zamanı qarşıdakı aylarda Enerji İşçi Qrupunun iclasının keçirilməsi və enerji sahəsində perspektiv imkanlar da nəzərdən keçirilib.

Qeyd edək ki, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi 2025-ci ilin 1 yanvarından 30 iyununa qədər olan dövrü əhatə edir.

 

Related posts

Bakı Fond Birjası PAŞA Bank səhmlərin İlkin Kütləvi Təklif (IPO) yolu ilə yerləşdirilməsi tədbirində iştirak edib

Şimali Makedoniya və Azərbaycan rəqəmsal əməkdaşlığın prioritetlərini müəyyən edib

“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Naxçıvanda enerji səmərəliliyi barədə məlumatlılığı artırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı