Energetika naziri Pərviz Şahbazov Qax rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, küçə işıqlandırılması, elektrik enerjisi verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xətlərinin mühafizə zonası, təbii qaz təchizatı, işlə təminat, təşəkkür və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Qaxla yanaşı, Şəki və Göygöl rayonlarından, həmçinin Gəncə şəhərindən olan 21 vətəndaş iştirak edib.