Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika naziri “Total Energies”in baş icraçı direktoru ilə görüşüb - BBN

Energetika naziri “Total Energies”in baş icraçı direktoru ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimində iştirakı məqsədilə ölkəmizdə səfərdə olan “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyannenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə “Abşeron” yatağının yüksək hasilat göstəriciləri ilə istismara verilməsi və “Total Energies” şirkəti ilə əməkdaşlıqdan məmnunluq ifadə edilib. Azərbaycanın enerji təchizatçısı kimi öhdəliklərinin yerinə yetirilməsində “Abşeron”un əhəmiyyəti, xüsusilə təbii qazın enerji təhlükəsizliyinin təminatında rolu vurğulanıb. Layihənin növbəti mərhələsi “Faza – 1” üzrə proseslərin inkişafına dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda karbohidrogen sektorunda fəaliyyəti ilə bağlı məsələlərlə yanaşı, ümümi gücü 500 MVt olan külək-günəş enerjisi, enerji saxlanc sistemləri layihələrinin həyata keçirilməsi də müzakirə edilib. Həmçinin ölkəmizdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı, şəbəkəyə inteqrasiyası və ixracı ilə bağlı layihələrin cari vəziyyəti nəzərdən keçirilib, əməkdaşlıq imkanları diqqətə çatdırılıb, növbəti addımlar razılaşdırılıb.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı