Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika naziri Xaçmazda vətəndaşları qəbul edəcək - BBN

Energetika naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov sentyabrın 12-də Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan başlayaraq Xaçmaz rayon Heydər Əliyev Mərkəzində (ünvan: Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi 72) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Famil Əliyev; əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron poçt ünvanı: office.khachmaz@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bakıda Türkiyə–Azərbaycan Ticarət Heyətinin B2B görüşləri keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı