Energetika Nazirliyi bu ilin 4 ayında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb

2020-ci ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1923,6 mln. kVt·st, ixracı 17,5 mln.kVt·st, idxalı 17,7 mln. kVt·st olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 112,2 mln. kVt·st,  ixracı 86,4 mln. kVt·st azalıb, idxal isə 6,5 mln. kVt·st artıb. 
Cari  ilin yanvar-aprel aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,2 mln. kVt·st artaraq 8896,7 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 189,2 mln. kVt·st artaraq 8435,2 mln. kVt·st, SES-lərdə  120,2 mln. kVt·st azalaraq 341,8 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,8 mln. kVt·st azalaraq 119,7 mln. kVt·st olub. Külək  Elektrik Stansiyalarında  34,5 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 13,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 71,8 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2020-ci ilin 4 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7985,8 mln. kVts (İES-lərdə 7689,9 mln. kVt·st, SES-lərdə 295,9 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 114,1 mln.  kVt·st (İES-lərdə 62,7 mln. kVt·st, SES-lərdə 39,9 mln. kVt·st, Günəş ES-də 11,5 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 796,8 mln. kVt·st təşkil edib.
Bu dövr ərzində elektrik enerjisinin ixracı 500,6 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 116,4 mln. kVt·st azalıb. Elektrik enerjisinin idxalı isə 44,7 mln. kVt·st təşkil etməklə, ötən ilin müvafiq dövrünə nisbətən 7,5 mln. kVt·st  azalıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı