Energetika Nazirliyində vətəndaş qəbulu dayandırılıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 mart tarixli tapşırığına uyğun olaraq, koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə çərçivəsində görülən tədbirlərlə bağlı Energetika Nazirliyində vətəndaş qəbullarının keçirilməsi dayandırılıb.

Vətəndaşların müraciətləri nazirliyin (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrəsi, (012) 598-16-55 “Qaynar Xətti”  və “974” Çağrı Mərkəzi vasitəsilə qəbul ediləcək və cavablandırılacaq. Bununla yanaşı, vətəndaşlar nazirliyin minenergy.gov.az internet səhifəsi və minenergy@minenergy.gov.az elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı