Home » Energetika Nazirliyi 2020-ci ilin I rübündə Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb

Energetika Nazirliyi 2020-ci ilin I rübündə Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2020-ci ilin I rübündə respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 175,1 mln. kVt·st (2,57%) artaraq, 6 967,7 mln. kVt·st olub.

 Hesabat dövründə ötən ilin I rübünə nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 257,3 mln. kVt·st artaraq 6657,6 mln. kVt·st, SES-lərdə  83,0 mln. kVt·st azalaraq 220,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTZ) üzrə isə 0,9 mln. kVt·st artaraq 89,7 mln. kVt·st olub. Külək  Elektrik Stansiyalarında  24,9 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında9,1mln. kVt·st, Bərk məişət tullantılarının yandırılması zavodunda  55,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2020-ci ilin I rübündə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 295,6 mln. kVts (İES-lərdə 6099,8 mln. kVt·st, SES-lərdə 195,8 mln.kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 83,6 mln. kVts (İES-lərdə 54,7 mln. kVt·st, SES-lərdə 21,2 mln. kVt·st, Günəş ES-də 7,7 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 588,5 mln. kVt·st təşkil edib.

2020-ci ilin I rübü ərzində elektrik enerjisinin ixracı 483,2 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 29,9 mln. kVt·st azalıb. Elektrik enerjisinin idxalı 27,0 mln. kVt·st olmaqla,  ötən ilin I rübünə nisbətən 14,0 mln. kVt·st  azalıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.