Energetika Nazirliyində 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edərək bu əlamətdar gün münasibətilə dövlət qulluqçularını təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıb. Ölkəmizin idarəetmə sistemində mühüm rol oynayan dövlət qulluqçularının məsuliyyətli fəaliyyətindən, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafına verdikləri töhfələrdən bəhs edilib. Dövlət qulluğu sahəsində ardıcıl həyata keçirilən islahatlar, bu sahədə normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət qulluqçularının potensialının inkişaf etdirilməsi və dövlət qurumlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”ya əsasən qarşıya qoyulan məqsəd və vəzifələr, dövlət qulluqçularının sosial müdafiəsi, gənclərin bu sahəyə marağının artırılması məqsədilə görülən tədbirlər, dövlət qulluğuna qəbulun şəffaflığı barədə məlumat verilib.
Daha sonra Nazirliyin digər əməkdaşları çıxış edərək həmkarlarına uğurlar arzulayıblar və bu sahədə öz təcrübələrini bölüşüblər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.