Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika Nazirliyində Dünya Bankının səlahiyyətli nümayəndəsi ilə görüş keçirilib - BBN

Energetika Nazirliyində Dünya Bankının səlahiyyətli nümayəndəsi ilə görüş keçirilib

Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Azərbaycandakı ofisinin yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister ilə görüşüb.

Söhbət zamanı Dünya Bankının texniki və maliyyə dəstəyi ilə ölkəmizdə layihələrin həyata keçirilməsi yüksək qiymətləndirilib, Bank ilə əməkdaşlıq məsələləri, Azərbaycanın enerji sektorunun prioritet inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Enerji keçidi, enerji səmərəliliyi, bərpa olunan enerji və Xəzər dənizindən Avropaya ötürülən enerji layihələri istiqamətində görülən işlər, o cümlədən Xəzər dənizində külək enerjisinin potensialının qiymətləndirilməsi barədə məlumat verilib. Görüşdə həmçinin, 2023-2028-ci illəri əhatə edən Dünya Bankı Qrupunun Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanmasına da toxunulub.

Related posts

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir.

DGK yanında İctimai Şuranın ilk iclası keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı