Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika Nazirliyində enerji effektivliyinin potensialının qiymətləndirilməsi və hesabatlılıq məsələlərinə dair görüş keçirilib - BBN

Energetika Nazirliyində enerji effektivliyinin potensialının qiymətləndirilməsi və hesabatlılıq məsələlərinə dair görüş keçirilib

Energetika Nazirliyində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR),  Heydər Əliyev adına Neft Emalı Zavodu, Qaz Emalı Zavodu, SOCAR UNİPER MMC, “Azərenerji” ASC, “Azəristiliktəchizat” ASC, “Təmiz Şəhər” ASC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Ümid Babək Əməliyyat Şirkəti, “bp” şirkəti və “Şahdağ Turizm Mərkəzi” QSC-nin nümayəndələrinin iştirakı ilə elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi ilə bağlı tədbir keçirilib.

Görüşdə enerji resurslarından səmərəli istifadəyə yönəlmiş enerji effektivliyi tədbirlərinin hazırlanması və icrasını təmin etmək, həmçinin qənaət oluna biləcək enerjinin miqdarının müəyyənləşdirilməsi üçün texniki cəhətdən mümkünlüyü və iqtisadi baxımdan əlverişliliyi nəzərə almaqla effektivlik potensialının qiymətləndirilməsi və bu məqsədlə hesabatların müvafiq qaydada doldurulması məsələləri müzakirə edilib. Energetika nazirinin müavini Elnur Soltanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun və bu qanunun tətbiqi ilə bağlı enerji effektivliyinin potensialının qiymətləndirilməsi qaydalarının əhəmiyyəti barədə danışıb. O, enerji qənaətinin ən böyük enerji mənbələrindən olduğunu vurğulayaraq,  enerjidən səmərəli istifadənin ölkəmizin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bu baxımdan, enerji effektivliyinə dair hesabatların vacibliyi xüsusi qeyd edilib.

Tədbirdə qiymətləndirmə qaydalarına bağlı meyarlar və hesabatlarda yer alan məqamlar barədə ətraflı fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bakıda Türkiyə–Azərbaycan Ticarət Heyətinin B2B görüşləri keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı