Home » Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti ilə görüş olub

Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti ilə görüş olub

by khayale
0 rəy 3 baxış 1 dəqiqə oxuma

Energetika naziri Pərviz Şahbazov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Bankla enerji sahəsində çoxistiqamətli əməkdaşlıq yüksək qiymətləndirilib. Bu sahədə Azərbaycan-AYİB əməkdaşlığının genişləndirilməsi imkanları, həmçinin Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb. Bu xüsusda, AYİB-in dəstək layihələri çərçivəsində bərpa olunan enerji hərraclarının keçirilməsi və “Energetika və kommunal xidmətlər sahəsində tənzimləyici haqqında” Qanun layihəsinin hazırlanması ilə bağlı proseslərin gedişatı barədə məlumat verilib. “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi” Qaydasının təsdiq olunması mühüm irəliləyişlərdən biri kimi vurğulanıb. Həmçinin ölkəmizdə bərpa olunan enerji güclərinin reallaşdırılması və enerji sisteminə inteqrasiyası ilə əlaqədar elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi məqsədilə aparılan tədqiqatlardan bəhs edilib. Bankla bu istiqamətdə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.

Görüşdə 240 MVt gücündə “Abşeron-Xızı” Külək Elektrik Stansiyası, “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” layihələrinin icrası ilə bağlı son vəziyyət də nəzərdən keçirilib. “Yaşıl Enerji Dəhlizi”nin Avropa Komissiyası tərəfindən dəstəkləndiyi və Avropa maliyyə institutlarının layihədə iştiraka maraq göstərdikləri qeyd edilib. Söhbət zamanı Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsində AYİB ilə əməkdaşlıq perspektivləri, eləcə də ötən ilin dekabrında imzalanmış “Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu”ndan irəli gələn digər məsələlər müzakirə edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.