Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika Nazirliyinin əməkdaşları təlimdə iştirak edib - BBN

Energetika Nazirliyinin əməkdaşları təlimdə iştirak edib

Azərcell Akademiyası tərəfindən Energetika Nazirliyinin əməkdaşları üçün “Effektiv ünsiyyət bacarıqları” və “Stressin idarə olunması” mövzularında təlimlər keçirilib.

Təlimlərdə Akademiyanın rəhbəri Aynur Abbasova və əməkdaşı Cəmilə Ağayeva təqdimatlarla çıxış edərək vətəndaşlarla kommunikasiyanın düzgün qurulması, effektiv ünsiyyət metodları, stress yaradan faktorlar, stressin idarə olunması strategiyaları və digər mövzular haqqında geniş məlumat veriblər. Sonra iştirakçıları maraqlandıran suallar ətraflı şərh edilib.

Təlimlərdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və nazirliyin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları iştirak edib.

Related posts

BP yayda AÇG-nin dərin laylarından qaz hasilatına başlamağı planlaşdırır

AMB və QMAMTYM əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı