Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Enterprise Azerbaijan” Macarıstan nümayəndə heyəti ilə bir sıra qurumlarda görüşlər keçirib - BBN

“Enterprise Azerbaijan” Macarıstan nümayəndə heyəti ilə bir sıra qurumlarda görüşlər keçirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının dəvəti ilə Bakıda səfərdə olan Macarıstanın “Mathias Corvinus Collegium” Universitetinin professor, müəllim və tələbə heyəti bir sıra qurumlarda görüşlər keçiriblər.

“Sərhədlərarası İnnovasiya: Azərbaycan-Macarıstan dostluğunun möhkəmləndirilməsi” (Cross-Border Innovation: Strengthening Azerbaijan-Hungary Friendship) mövzusunda keçirilən tədbirlərin məqsədi xarici alimlərin, təcrübəli mütəxəssis və sahibkarların, eyni zamanda startapçı tələbə gənclərin cəlb olunması ilə ölkəmizdə innovasiya siyasətinin gücləndirilməsində beynəlxalq əməkdaşlığın rolunun artırılmasıdır.

İlk görüş SABAH.HUB-da təşkil olunub. Qurumun İdarə Heyətinin üzvü Orxan Abbasov tərəfindən keçirilən infoturda qonaqlar Akseleresiya və İnkubasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub, rezident olan startapçılarla görüşüblər. Daha sonra “SABAH.Academy” layihəsinin meneceri Amina Məlikova ilə keçirilən görüşdə Azərbaycanın ali təhsil müəssisələrində innovasiya siyasəti, təhsil ilə sənayenin inteqrasiyası və sahibkarlığın inkişaf etdirilməsi yolları müzakirə olunub.

Növbəti görüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilib. Qonaqlar KOB evinin bütün rezidentlərinin iş prinsipləri tanış edilib, onları maraqlandıran suallara ətraflı cavab alıblar. KOBİA İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşovla Azərbaycanda innovasiya siyasəti, vençur kapitalları və sahibkarlığın inkişaf etdirilməsi yolları müzakirə olunub, eyni zamanda ölkə iqtisadiyyatının müasir vəziyyəti, iqtisadi  inkişafda innovasiyaların rolu haqqında həm yerli, həm xarici mütəxəssislərin fikirləri dinlənilib.

Macar nümayəndə heyəti Bakı Dövlət Universitetində də olublar. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri  Rauf Həsənov qonaqlara təhsil ocağının yaranması, tarixi və burada oxuyan xarici tələbələr haqqında məlumat verib. Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin dekanı Laçın Abışlı isə ikili diplomlar, xarici universitetlərlə əlaqələr haqqında danışıb və tələbələrin suallarını cavablandırıb.

Related posts

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bakıda Türkiyə–Azərbaycan Ticarət Heyətinin B2B görüşləri keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı