Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Enterprise Azerbaijan”ın gənc startapçıları ölçüləbilən ekosistemlərin qurulmasını öyrəniblər - BBN

“Enterprise Azerbaijan”ın gənc startapçıları ölçüləbilən ekosistemlərin qurulmasını öyrəniblər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə reallaşdırdığı “Startup School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi çərçivəsində daha bir təlim təşkil olunub. Təlimi Cənubi Afrika Respublikasının Yohannesburq Universitetinin professoru Dr.Eldrid Yordan keçib.

“Ölçüləbilən ekosistemlərin qurulması və startap uğursuzluqlarından dərslər” (“Building Ecosystems that Scale and Lessons from Startup Failures”) mövzusunda baş tutan təlimdə “Mxit”-dən (kommunikasiya applikasiyası) “GovChat”-a qədər olan təkamülün tədqiqatı təfərrüatı ilə izah olunub.

Eldrid Yordan “GovChat”ın xüsusiyyətləri və xüsusilə Cənubi Afrika kontekstində istifadəçi fəaliyyətinə təsiri barədə fikirlərini bölüşüb. Bildirib ki, “GovChat” dövlət qurumlarının və xidmətlərinin reytinqinə əlçatanlığı artırır, vətəndaşların qurumlarla səmərəli əlaqə qurmasına şərait yaradır. Eldrid Yordan idarəetmədə hesabatlılığı və şəffaflığı artırmaq üçün texnologiyadan istifadənin vacibliyini vurğulayıb.

Praktiki nümunələr əsasında iştirakçılar genişlənə bilən ekosistemlərin qurulması və startap təşəbbüslərinə xas olan çətinliklərin öhdəsindən gəlmək üçün strategiyalarla tanış olub. Bununla yanaşı, innovasiyaları təşviq etmək, cəmiyyətə təsir göstərmək, sahibkarlıq və texnologiyanın dinamik mənzərəsində həm uğur, həm də uğursuzluqlardan nəticə çıxarmağın yolları müzakirə olunub.

Related posts

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

ETX bank və dövlət sektoruna qarşı fişinq cəhdinin detallarını açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı