Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Enterprise Azerbaijan”ın təşkil etdiyi birinci “Startup School”un qalibləri ABŞ-da treninqlərə qoşulub - BBN

“Enterprise Azerbaijan”ın təşkil etdiyi birinci “Startup School”un qalibləri ABŞ-da treninqlərə qoşulub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və meneceri Nəzrin Əkbərovanın, həmçinin portalın təşkil etdiyi birinci “Startup School” layihəsinin qalibi olmuş “Abroadventure” komandasının üzvlərinin ABŞ-a səfəri davam edir.

ABŞ-ın Nevada ştatının Reno şəhərində keçirilən “Reno startap həftəsi”ndə (Reno Startup Week) iştirak edən heyət artıq tədbir çərçivəsində təşkil olunan treninqlərə qatılıblar. Burada “Abroadventure” komandasının üzvləri treninqlərdə çıxışçıları dinləyirlər, qabaqcıl təcrübələrlə tanış olurlar və tərəfdaşlarla fikir mübadiləsi aparırlar. Həmçinin onlar “Enterprise Azerbaijan”ın dəstəyi ilə investor və sahibkarlarla görüşürlər, onların startaplarla bağlı fikir və tələblərini öyrənirlər.

Qeyd edək ki, beş gün davam edəcək “Reno startap həftəsi” çərçivəsində 40-dan çox treninq, seminar və çıxışların təşkili nəzərdə tutulub. Tədbirin sponsorlarından biri olan ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi “Enterprise Azerbaijan”ın tərəfdaşıdır.

Related posts

ABŞ-da emal olunmuş qida tərkiblərinin təhlükəsizlik statusu yenidən nəzərdən keçirilə bilər

Bakı Fond Birjası Azərbaycanda kapital bazarlarının inkişafına həsr olunmuş beynəlxalq forumda iştirak edib

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı