Home » EnterpriseAzerbaijan.com portalında Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə görüş keçirilib

EnterpriseAzerbaijan.com portalında Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə görüş keçirilib

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

EnterpriseAzerbaijan.com portalının təşkilatçılığı ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Avropa və MDB ölkələriüzrə regional rəhbəri Samir Tağıyev startapçılarla görüş keçirib. Görüş zamanı startapçılar layihələrini təqdim ediblər və investisiya cəlbi ilə bağlı müzakirələr aparılıb. Görüşdə iştirak edən startap layihələri bunlardır:

Bonpini – daşınmaz əmlakı paylaşaraq kirayələməyə kömək edən rəqəmsal platforma; 

Nursecome – tibb xidmətlərinin onlayn sifarişi üçün platforma;

Pagesales – elanların və oyunların alqı-satqısının yerləşdirilməsi üçün platforma;

W-ball – kimyəvi maddə az istifadə etməklə paltarlarda və digər əşyalarda daha çox təmizlik yaratmağı təmin edən təmizlik texnologiyası;

Wogether – Autizm xəstəliyi olan insanların bir-biri ilə ünsiyyət qurması və sosiallaşması üçün sosial şəbəkə. Sözügedən layihə Azərbaycan Autizm Assosiasiyası tərəfindən yüksək qiymətləndirilib.

Xatırladaq ki, EnterpriseAzerbaijan.com portalı Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində yaradılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.