Müxtəlif kateqoriyalar üzrə lider banklar açıqlanıb – RENKİNQ

Dünyanın nüfuzlu maliyyə nəşrlərindən biri olan “Euromoney”  2021-ci ildə bankların müxtəlif kateqoriyalar üzrə dünya banklarının liderlik sıralamasını (Global Awards for Excellence 2021) tərtib edib.

 Mindən artıq maliyyə qurumlarının araşdırılması nəticəsində tərtib edilən hesabatda dünyanın lider bankı “DBS Bank” seçilib. Koronavirus pandemiyasının getdikcə artmaqda olduğu dövrdə strateji addımlar ilə mənfəətliliyini qorumağı bacaran bu bank artıq dördüncü ildir ki lider pillələrdə yerini qoruyur. Qeyd edək ki, Sinqapur mərkəzli “DBS Bank” həm də dünyanın rəqəmsallaşma üzrə lider bankı seçilib.

Dünyanın lider investisiya bankı isə, 90 ildir fəaliyyətdə olan “Morgan Stanley” bankı seçilib. Digər tərəfdən isə, inkişaf etməkdə olan ölkələrdə fəaliyyətinə görə lider investisiya bankı isə “Citi” bank seçilib.

Kiçik və orta bizneslərlə iş sahəsində lider bank Sinqapurun “UOB” bankı olub. Dayanıqlı maliyyə inkişafı sektorunda liderlik “BNP Paribas” bankına verilib. İspaniyanın “Caixa” bankı transformasiya sahəsində liderliyi ələ alıb. KSM üzrə effektivliyi və aktivliyinə görə isə “Bank of America” birinciliyə layiq görülüb.   

Related posts

ROA və ROE əmsalına görə bankların – RENKİNQİ

Ehtiyat ayırmalarının həcminə görə bankların – RENKİNQİ

Qeyri-faiz xərclərinə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı