“Evergrande” fəaliyyətinin bir hissəsini bərpa edib

Son günlərdə bütün dünya iqtisadiyyatında böyük həcmdə borc öhdəlikləri səbəbindən diqqətləri özünə cəlb edən Çinin daşınmaz əmlak nəhəngi “Evergrande Group” bir neçə bölgədə fəaliyyətini qismən də olsa bərpa edir. Holdinqin Şenzen meqalapolisi də daxil olmaqla, Çinin cənubunda yerləşən 6 fərqli şəhərdə yarıda qalan 10 layihəsinə yenidən start verilib. Təchizatçılarla borc məsələləri səbəbindən yaranan narazıçılıq nəticəsində dayandırılan bu layihələrin bəziləri hələ də tikinti mərhələsində olsa da, bir neçəsi artıq interyer dizayn və daxili təmir prosesinə çatıb.

Məlumat üçün qeyd edək ki, 1996-cı ildə plastmas qablarda içməli su satışı ilə biznes proseslərinə başlayan “Evergrande”nin hal-hazırda Çinin 233 fərqli şəhərində start verilən, lakin borclara görə dayandırılan 778 daşınmaz əmlak layihəsi mövcuddur. Ümumilikdə, 308.5 milyard dollardan (1.97 trilyon yuan) artıq borc öhdəliyinə malik olan holdinq satışların kəskin azalması səbəbindən sentyabr ayı ərzində cəmi 572 milyon dollar (3.65 milyard yuan) gəlir əldə edib. Avqust ayı üçün isə sözügedən göstərici 6 milyard dollar (38.1 milyard yuan) civarında olub.

Ötən həftə holdinqin ofşor investisiya şirkətlərinə olan borcunun 83.5 milyon dollarlıq hissəsini ödəməsi , kreditorların təzyiqini qismən azaldıb. Bu isə, şirkətə əməliyyatlarını qismən də olsa bərpa etməyə imkan yaradıb.

Related posts

2023-cü ildə Azərbaycanın qeyri-neft ixracı 3,3 milyard dolları ötüb

Texnologiya nəhəngi “Huawei” maliyyə nəticələrini açıqlayıb

Kənd təsərrüfatına dair yeni dövlət standartı qəbul edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı