“Expressbank” faizsiz kredit imkanı yaradır

Expressbank-ın güzəşt müddətli Expresso kartı faizsiz kredit götürmək imkanı yaradır.

Expresso kartın kredit xətti ilə müştərilər 35 günədək güzəşt xidmətindən yararlana bilərlər. İstifadə edilən məbləğə növbəti ayın 5-dək % hesablanmır. Expresso kartının istifadə müddəti 48 ay təşkil edir və kart üzrə kredit xətti illik 28% dərəcəsi ilə rəsmiləşdirilir. Ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə edilə bilər.

Bundan əlavə Expresso “cash back”, yığım imkanı, əlavə qazanc, sərbəst dizayn seçimi olan təmassız kartdır. Üstəlik kart hesabını istənilən vaxt Şəxsi kabinet və ya  ExpressPay ödəniş terminalları vasitəsi ilə artırmaq mümkündür. SMS-Banking xidməti isə tam pulsuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır