Expressbank məhsulu üzrə maksimal məbləği artırıb

Expressbank Asan kredit məhsulu üzrə maksimal məbləği 10.000 AZN-dək artırıb. Asan pul krediti götürərkən 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə büdcələrini daha çevik idarə etməyə, aylıq kredit ödənişinin məbləğini minimuma endirməyə imkan verir.

Belə ki, bu gün Expressbank müştəriləri 1000 AZN kredit götürməklə cəmi 42 AZN – dən başlayan aylıq ödəniş edə bilər. Ən əsası isə – girovsuz və zaminsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır