“Expressbank” müştərilərinə yeni imkanlar təklif edir

“Expressbank” Premium Visa kartlarının sahiblərinə yeni  imkanlar təklif edir. Belə ki, Expressbankın VisaGold / VisaPlatinum kart sahibləri bir sıra satış və xidmət nöqtələrində 20%-dək endirimlər qazanacaq.

Kampaniya üzrə tərəfdaşlar sırasında “Optimal Electronics”, “MyBrands” mağazalar şəbəkəsi, “CinemaPlus” kinoteatrları, “Espressamenteilly” kafeləri və digərlərinin adını çəkmək olar. Həmçinin, müştərilər Expressbank-ın Premium Visa kartları ilə alış-veriş etdikləri üçün 20%-dək endirimlərdən əlavə, 20%-dək “cashback” də qazanacaq.

Qeyd edək ki, hesaba minimum 400 AZN ilkin mədaxil etməklə VisaGold, 800 AZN ilkin mədaxil ilə isə VisaPlatinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdırmaq və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəniş etməklə xərcləri gəlirə çevirmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır