Expressbank yeni kampaniyasını təqdim edib

Expressbank yalnız fərdi deyil, həm də korporativ müştərilərinə yüksək keyfiyyətli və sərfəli şərtlər əsasında bank xidmətləri təqdim edir. Müştərilərinin istək və arzularına daim həssas yanaşan Expressbank yeni kampaniyası çərçivəsində hüquqi şəxslər və fərdi sahibkarlara 10-dan artıq bank xidməti üzrə  misli görünməmiş xüsusi təkliflər təqdim edir.

Əmək haqqı layihələri,biznes kartların verilməsi, POS terminalların quraşdırılması, valyutaların dəyişdirilməsi, ölkədaxili köçürmələr pulsuz həyata keçiriləcək.

Bütün bunlardan əlavə 1 ay müddətində hesabdan nağd pulun çıxarılması, hesabın açılması , hesabdan çıxarış, POS-terminal üzrə hesabdan məxaric, əmək haqqı fondundan köçürmə kimi xidmətlər üzrə 0% bank komissiyası müştərilərə maddi resurslarından daha səmərəli istifadə və qənaət etməyə imkan verəcək.

Qeyd edək ki, kampaniya üzrə tariflər 15.06.2017 tarixinədək keçərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır