“Expressbank”da konvertasiya üzrə xidmət haqqı 1% təşkil edəcək

Artıq “Expressbank” ın kartlarından digər valyuta ilə nağdlaşdırma, onlayn və POS-terminal vasitəsi ilə alış-veriş zamanı konvertasiya üzrə xidmət haqqı cəmi 1% təşkil edəcək. Debet kartlarından Expressbank bankomatlarında nağdlaşdırma zamanı isə heç bir xidmət haqqı tutulmur, yəni komissiya 0% təşkil edir.

Bununla yanaşı “Expressbank”ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsi ilə alış-veriş edərkən, xərclədikləri məbləğin 20%-dək hissəsini karta geri alırlar (“cashback”). Həmçinin ölkə üzrə 48 regionda quraşdırılmış ExpressPay ödəniş terminalı və ya Şəxsi kabinet vasitəsi ilə istənilən zaman hesabınızı artıra və hesabla bağlı digər əməliyyatları həyata keçirmək mümkündür.

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartlarını 5 AZN, VISA Electron/Maestro kartlarını 6 AZN, VISA Classic/MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə VISA Gold/MasterCard Gold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə VISA Platinum/MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür.

Qeyd edək ki, müştəri  həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərcləri gəlirə çevirə bilər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır