“Expressbank”ın daha bir filialı 24/7 iş rejiminə keçib

“Expressbank” müştərilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq daha bir filialını 24/7 iş rejiminə keçirir.

Belə ki, artıq M. Hadi küç. 31 S ünvanında (Əhmədli metrosunun əsas çıxışı) yerləşən Expressbank-ın Əhmədli filialı da həftənin 7 günü 24 saat müştərilərə xidmət göstərəcək. Burada müştərilər sərfəli valyuta mübadiləsi, təcili pul köçürmələri, müxtəlif kassa hesablaşma əməliyyatları üzrə bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.

Xatırladaq ki, Expressbank-ın daha bir filialı – şəhərimizin mərkəzində, Bülbül prospekti 29 ünvanında yerləşən Nəsimi filialı da həftənin 7 günü 24 saat Bakı sakinləri və qonaqlarının xidmətindədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır