“Exspressbank” kampaniya elan edib

“Expressbank”ın korporativ müştərilərinə təqdim etdiyi “Xidmət bizdən, qazanmaq sizdən” kampaniyası davam edir. Expressbank cari kampaniya çərçivəsində hüquqi şəxslər və fərdi sahibkarlar üçün 10-dan artıq bank xidməti üzrə xüsusi təkliflər təqdim edib. Təkliflərə əmək haqqı layihələrinin  pulsuz həyata keçirilməsi, biznes kartların pulsuz verilməsi, POS terminalların pulsuz quraşdırılması, valyutaların pulsuz dəyişdirilməsi və  ölkədaxili köçürmələrin pulsuz həyata keçirilməsi daxildir.

Həmçinin 1 ay müddətində hesabdan nağd pulun çıxarılması, hesabın açılması , hesabdan çıxarış, POS-terminal üzrə hesabdan məxaric, əmək haqqı fondundan köçürmə kimi xidmətlər üzrə 0% bank komissiyasımüştərilərə təqdim edilir.

Qeyd edək ki, kampaniya üzrə tariflər 14.07.2017 tarixinədək keçərlidir. Kampaniya çərçivəsində kredit əldə etmiş hüquqi şəxslər və fərdi sahibkar da bir sıra xidmətlərdən pulsuz yararlana biləcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır