“EY İlin İş Adamı” müsabiqəsinə sənəd qəbulu başa çatıb

EY şirkəti tərəfindən təsis edilmiş, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı, BP və Azərbaycan Beynəlxalq Bankının sponsorluğu və “Ekvita” konsaltinq şirkətinin tərəfdaşlığı ilə Azərbaycanda ikinci ildir ki, keçirilən “EY İlin İş Adamı” müsabiqəsinə sənəd qəbulu başa çatıb. 

Müsabiqənin qalibi biznes ictimaiyyətinin, dövlət şirkətlərinin top menecerlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək və yaxın aylarda ictimaiyyətə elan ediləcəkdir. 

Qeyd edək ki, 2020-2021-ci illər üzrə “EY İlin İş Adamı” müsabiqəsinə sənəd qəbulu 2020-ci ilin sentyabr ayında elan edilib və sənəd qəbulu 2021-ci ilin 31 yanvar tarixindək uzadılıb. Müsabiqədə kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Azərbaycan üzrə qalib ölkəmizi iyun ayında keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində təmsil edəcəkdir. 

Ətraflı İctimai televiziyanın “Biznes Azərbaycan” verilişində. 

Related posts

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

Nazir müavini Vüsal Nəsirli Şabran rayonunda vətəndaşları qəbul edib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı