Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əzmkar gənc hüquqşünas: Samin Hüseynovun Kapital Bankdakı uğur hekayəsi - BBN

Əzmkar gənc hüquqşünas: Samin Hüseynovun Kapital Bankdakı uğur hekayəsi

Kapital Bankın hüquqşünası Samin Hüseynov təhsil, iş və şəxsi inkişaf balansını necə qurduğunu və bank sektorunda gələcək islahatlara baxışını paylaşır.

Özünüzü oxucularımıza necə təqdim edərdiniz?


– Mən, Samin Hüseynov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 2025-ci il məzunuyam və hazırda Kapital Bank ASC-də hüquqşünas olaraq fəaliyyət göstərirəm.

Bank sektorunda karyeraya başlamanıza səbəb nə oldu?
– Əslində bank sektorunda işləmək mənim ilk hədəfim olmayıb. Bu sahəyə Kapital Bank ASC tərəfindən təşkil olunmuş “Birbank” Tələbə-Təqaüd Proqramı vasitəsilə gəlmişəm. Əvvəlcə təcrübəçi kimi fəaliyyət göstərmişəm, daha sonra isə hüquqşünas vəzifəsində çalışmağa başlamışam. Təcrübə dövründən etibarən qarşılaşdığım müxtəlif hüquqi işlər və inkişaf üçün münbit mühit mənim bu sahədə qalmağıma və inkişafıma səbəb oldu.

Təhsil illərində öyrəndiyiniz hansı fənlər bu gün iş fəaliyyətinizdə ən çox işə yarayır?
– Universitet illərində keçdiyim bir çox fənlər hazırda gündəlik fəaliyyətimin əsasını təşkil edir. Xüsusilə bank hüququ, mülki hüquq və kommersiya hüququ biliklərim iş həyatımda tez-tez tətbiq olunur.

Hüquqşünas kimi gündəlik fəaliyyətinizdə hansı yumşaq bacarıqlar sizə üstünlük qazandırır?


– İlk növbədə kommunikasiya bacarığı. Çünki biz daim müxtəlif strukturların mütəxəssisləri ilə əməkdaşlıq edirik və qarşı tərəfin gözləntilərini düzgün anlamaq çox vacibdir. Bundan başqa, problem həll etmə bacarığı da mühüm rol oynayır. Hüquqşünas yalnız hüquqa uyğunluğu qiymətləndirmir, həm də risklərin qarşısını almaq və alternativ həll yolları tapmaq üçün məsuliyyət daşıyır.

Gənc yaşda ölkənin aparıcı bankında işləmək sizə hansı üstünlükləri və təcrübələri qazandırdı?
– Kapital Bank kimi böyük bir qurumda tələbəlik dövründən işləməyə başlamaq mənim özüməinamımı artırdı. Bu təcrübə nəzəri biliklərimi praktikada tətbiq etmək imkanı yaratmaqla yanaşı, məsuliyyət hissimi də gücləndirdi. Gənc yaşda iri layihələrdə iştirak, həmkarlarla əməkdaşlıq və real maliyyə-hüquqi məsələlərin həllində yer almaq mənim üçün çox dəyərli oldu.

 İndiyə qədər peşəkar fəaliyyətinizdə əldə etdiyiniz ən böyük uğuru nədə görürsünüz?


– Mənim üçün ən böyük uğur peşəkar və anlayışlı komanda ilə birgə işləməkdir. Komanda mühiti müxtəlif yanaşmaları görməyə, təcrübələrdən öyrənməyə və problemlərə yaradıcı həll tapmağa imkan verir. Uğurun yalnız fərdi bacarıqlarla deyil, həm də sağlam komanda ruhu ilə mümkün olduğunu burada öyrənmişəm.

Tələbəlik illərində təhsil və iş həyatını necə balanslaşdırmağı bacardınız?
– Asan deyildi, amma düzgün zaman idarəçiliyi və prioritetlərin müəyyən olunması əsas rol oynadı. Mən məqsədlərimi planlı şəkildə bölüşdürür, təhsil və iş fəaliyyətini bir-birinə zidd qoymadan uyğunlaşdırmağa çalışırdım.

 Bir gənc hüquqşünas kimi, bank sektorunda hansı hüquqi və institusional islahatları zəruri hesab edirsiniz?
– İlk növbədə rəqəmsal bankçılıq inkişaf etdikcə, hüquqi tənzimləmələrin də bu sürətə uyğunlaşdırılması vacibdir. Digər mühüm məsələ isə maliyyə savadlılığının artırılmasıdır. Çünki müştəri hüquqlarının qorunması yalnız hüquqi mexanizmlərlə deyil, həm də müştərinin öz hüquqlarını bilməsi ilə mümkündür.

Hüquqşünas və ya bank işçisi olmasaydınız, hansı peşəni seçməyi düşünərdiniz?
– Çox güman ki, tibb sahəsini seçərdim. Həkimlik insanların həyatına birbaşa təsir edən ən ali peşələrdən biridir.

Sizcə, uğur daha çox zəhmət nəticəsidir, yoxsa düzgün fürsəti vaxtında dəyərləndirməkdir?


– Hər ikisi vacibdir. İnsan daim öz üzərində işləməlidir, irəliləyiş olduqca isə qarşısına çıxan fürsətləri düzgün qiymətləndirməlidir. Bundan başqa, bəzən uğurun açarı düzgün zaman və düzgün məkanda olmaqdır.

Gələcək akademik və peşəkar planlarınız nələrdir?
– Hazırda əsas planım xaricdə magistr təhsili almaqdır. Oktyabr ayından etibarən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində Kembric Universitetində Hüquq üzrə magistr dərəcəsi alacam.

Xaricdə təhsil imkanınızı qazanmağınızda bank təcrübənizin hansı rolu oldu?
– Bank sahəsində fəaliyyətim portfoliomu gücləndirdi və digər namizədlər arasında seçilməyimə şərait yaratdı. Təsadüfi deyil ki, magistratura zamanı da maliyyə-hüquq istiqamətində fənləri seçməyi planlayıram.

Özünüzü bir sözlə xarakterizə etsəniz, hansı ifadəni seçərdiniz?
– Əzmkar.

Related posts

Mərkəzi Bankın baş direktoru Azərbaycanda İslam banklarının yaradılması perspektivlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)

Orxan Ismayılov: 2025-ci il AccessBank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ili oldu

“Süni intellekt çox ağıllı köməkçidir, amma onu hələ müdir kreslosuna oturtmaq tezdir”- ABA eksperti Çingiz Əsədovun müsahibəsi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı