Fərdi uçot sistemində qeydiyyatda olanların sayı artıb

Sistemdə fərdi şəxsi hesaba malik olanların sayı 01 aprel 2017-ci il tarixə  3 443 760  nəfərə çatıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayında artım dinamikası  davam edir. Cari ilin birinci rübündə sistemdə əlavə olaraq 71 852 nəfərə fərdi şəxsi hesab açılıb ki, bu da  ötən ilin ilk rübü (45 837 nəfər) ilə müqayisədə  26 015 nəfər və ya 56,8 faiz çoxdur.
Beləliklə, fərdi uçot sistemində fərdi şəxsi hesaba malik olanların sayı 01 aprel 2017-ci il tarixə 3 443 760  nəfərə çatıb. Onlardan 59,5 faizi kişilər, 40,5 faizi  qadınlardır.
Sistemdə qeydiyyatda olan vətəndaşlardan 683 482  nəfəri (19,8 faiz) 30 yaşa qədər olan, 889 358 nəfəri (25,8 faiz) 30-40 yaş aralığında, 685 049 nəfəri (19,9 faiz) 40-50 yaş aralığında,  717 231 nəfəri (20,8 faiz) 50-60 yaş aralığında olan, qalanları isə 60 yaşdan yuxarı olan vətəndaşlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır