Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı 33 min nəfərə yaxın olub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 32 919 nəfər təşkil edir. Onlardan 87.8%-i kişi, 12,2%-i qadındır.

Belə ki, fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan əcnəbilər sırasında  say baxımından ilk yerləri Тürkiyə (14 799 nəfər), Gürcüstan (3 286 nəfər) və Rusiya (2 108 nəfər) vətəndaşları tutur. Eyni zamanda sistemdə Özbəkistandan, Hindistandan, İrandan, Çindən, Banqladeşdən, Pakistandan, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından, Ukraynadan, Türkmənistandan, Filippindən, ABŞ-dan, Almaniyadan, Qazaxıstandan, İtaliyadan və digər ölkələrdən olan əcnəbilər qeydiyyatdadır.

Qeyd edək ki, fərdi uçot sistemində qeydiyyatda olan şəxslərin ümumi sayı isə 1 iyul 2017-ci il tarixinə 3 milyon 496 min 678 nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır