Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Fərid Hacıyev: Ölkəmizə qarşı kiberhücumlar sistemli xarakter daşıyıb - BBN

Fərid Hacıyev: Ölkəmizə qarşı kiberhücumlar sistemli xarakter daşıyıb

İkinci Qarabağ müharibəsində əldə olunan qələbədən sonra Azərbaycana qarşı kiberhücumlar sistemli xarakter alıb.

Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev bunu Critical Infrastructure Defence Challenge 2025 (CIDC-2025) tədbiri çərçivəsində çıxışı zamanı bildirib.

“Bu cür hücumların qarşısını almaq üçün Milli Məclisdə xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılıb”, — deyə o qeyd edib.

Hacıyev əlavə edib ki, Prezidentin təşəbbüsü ilə qanunvericiliyə informasiya təhlükəsizliyi ilə bağlı yeni anlayışlar əlavə olunub.

Qeyd edək ki, son illər kritik infrastruktur və dövlət qurumlarına qarşı kiberhücumların intensivləşməsi kibermüdafiə tədbirlərinin strateji əhəmiyyətini daha da artırıb.

Mənbə: apa.az

Related posts

Qüdrət Həsənquliyev: Kibercinayətkarlığa görə cəzalar sərtləşdirilməlidir

Nazir Rəşad Nəbiyevin İsrailə səfəri çərçivəsində süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Kiber­təhlükəsizlik bazarının inkişaf proqnozu: dünya, Avropa, Rusiya və MDB – 2026 Ümumi mənzərə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı