Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Facebook” koronavirusla bağlı yeni qadağalar tətbiq edib - BBN

“Facebook” koronavirusla bağlı yeni qadağalar tətbiq edib

Kaliforniya mərkəzli qlobal sosial media şəbəkəsi “Facebook” son dövrdə gündəmi zəbt edən koronavirusla bağlı yeni qərar qəbul edib.

“Facebook” rəsmisi xarici mətbuata açıqlamasında bildirib ki, bundan sonra sosial şəbəkədə koronavirusla bağlı reklamların, xüsusilə də, ağardıcı, üz maskaları və s. kimi “zəmanətli” saxta müalicə vasitələrinin satışı ilə bağlı reklamların paylaşılması qadağan ediləcək.

Əsas səbəb kimi, bu reklam edilən vasitələrin koronavirusu müalicə etmək xüsusiyyətinin olmaması göstərilib və bu saxtakarlıq kimi dəyərləndirilib. Bununla yanaşı, sosial mediyada son günlərdə sıx şəkildə koronavirusla bağlı reklamlara rast gəlinməsi insanları təşvişə sala bilər.

Sözügedən məhdudiyyətlərin “Instagram” sosial şəbəkəsində də tətbiq edilməsi gözlənilir.

Related posts

“Facebook” son bir ildə Azərbaycandakı bazar payının 42 %-ni itirib

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəklər

Fransada uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı