Facebook nəhəng günəş enerjisi stansiyası inşa edəcək

Facebook ABŞ-ın Texas əyalətinin qərbindəki ən böyük günəş enerjisi stansiyalarından birini qurur. Odessa şəhərində 72 min ev üçün qurulacaq günəş enerjisi stansiyasının 379 meqavata qədər istehsal gücünə sahib olacağı bildirilib.

Təxminən 18 kvadrat kilometrlik ərazidə inşa edilən stansiyanın gələn il başa çatması gözlənilir.

Qeyd edək ki, Facebook bərpaolunan enerjiyə etdiyi birbaşa sərmayələri ilə seçilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır