Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Facebook” rebrendinqə hazırlaşır

“Facebook” rebrendinqə hazırlaşır

Beynəlxalq sosial media nəhəngi “Facebook” öz adını dəyişməyi planlaşdırır. Bu barədə “Verge” jurnalının əldə etdiyi məlumata istinadən, oktyabrın ayının 28-i şirkətin illik olaraq keçirdiyi konfransda rebrendinqin açıqlanması proqnozlaşdırılır.

Şirkətin təsisçisi Mark Zuckerbergin təşəbbüsü ilə başladılan rebrendinq prosesinin törəmə tətbiqetmələri olan “Instagram”, “Whatsapp”, “Occulus” və digərlərinə təsir edib-etməyəcəyi naməlumdur.

Şirkətin rebrendinq üçün ilkin səbəbi Zuckerberg tərəfindən irəli sürülən “metaverse” konsepsiyasına uyğun bir brendin yaradılması fikridir. Bu səbəbdən, rebrendinqdən sonrakı adın hazırda “Facebook”un üzərində işlədiyi ilk virtual reallıq layihəsi olan “Horizon” ilə bağlantılı olacağı gözlənilir.

İkinci səbəbə nəzər saldıqda, “Facebook” brendi adı altında şirkət ictimaiyyət tərəfindən yalnız sosial media şirkəti olaraq tanındığını görə bilərik. Rebrendinqdən sonra isə yeni ad altında müxtəlif məhsullara sahib olan bir ana şirkət (parent company) bazara qayıdacaq. “Google” şirkətinin 2015-ci ildə “Alphabet Inc” korporasiyasına çevrilməsini də sözügedən prosesə nümunə olaraq göstərmək olar.

Qeyd edək ki, hazırda “Facebook” şirkətində 10 mindən artıq işçi virtual reallıq layihəsi üzərində işləyir. Şirkətin açıqlamasına istinadən, daha 10 min işçi işə qəbul edilərək “metaverse” konsepsiyası üzərində çalışmağa yönləndiriləcək.

Related posts

SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı

ABŞ-da emal olunmuş qida tərkiblərinin təhlükəsizlik statusu yenidən nəzərdən keçirilə bilər

Bakı Fond Birjası Azərbaycanda kapital bazarlarının inkişafına həsr olunmuş beynəlxalq forumda iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı