Bu ilin mart ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “YouTube”un bazar payı 28,69 % təşkil edib.
BBN.az xəbər verir ki, “Statcounter” agentliyinin məlumatına görə, bu, əvvəlki aya nisbətən 4,57 faiz bəndi, 2025-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 14,16 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 11,03 faiz bəndi azalaraq, il ərzində isə 18,68 faiz bəndi artaraq 26,32 % təşkil edib. Beləliklə onun payı illik ifadədə 42 % azalıb.