ABŞ Federal Ehtiyat Sistemi (FED) çirkli pulların yuyulmasının qarşısını almaq üçün lazımi tədbirlər görmədiyi üçün Almaniyanın ən böyük banklarından biri olan “Deutsche Bank”-ı və onun ABŞ-dakı törəmə şirkətlərini 186 milyon ABŞ dolları məbləğində cərimələyib.
FED-in açıqlamasında qeyd olunur ki, 2015 və 2017-ci illərdə “Deutsche Bank” ilə “təhlükəsiz və əsassız təcrübələr”, sanksiyalara uyğunluq və çirkli pulların yuyulmasına qarşı nəzarətlə bağlı müqavilələri pozduğuna görə cərimələnib.
Açıqlamada, “Deutsche Bank”-ın sözügedən razılaşmalar çərçivəsində kifayət qədər irəliləyiş əldə etmədiyi və bankın Estoniyada yerləşən filialı çirkli pulların yuyulması ilə bağlı daxili nəzarət və idarəetmə proseslərində zəif olduğu bildirilib.
“Deutsche Bank”-ın bu məsələlərin həllinə üstünlük verməli olduğu vurğulanaraq, təhlükəli və əsassız təcrübə və ya pozuntuların aradan qaldırılmaması halında bankın daha sərt cəzalarla üzləşəcəyi qeyd edilib.