Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
FED faiz dərəcələrini sabit saxladı, qeyri-müəyyənlik fonunda endirimlərə fasilə verdi - BBN

FED faiz dərəcələrini sabit saxladı, qeyri-müəyyənlik fonunda endirimlərə fasilə verdi

Percentage sign on top of coin stacks before blue financial graph. Horizontal composition with copy space. Business and finance concept.

ABŞ Federal Ehtiyat Sistemi (FED) iqtisadiyyatla bağlı qeyri-müəyyənlikləri əsas gətirərək faiz dərəcələrini dəyişməmək qərarı verib və bununla da ardıcıl üç faiz endirimindən sonra fasilə elan edib.

FED-in açıqlamasına əsasən, əsas federal fond dərəcəsi 3,5–3,75% diapazonunda saxlanılıb. Qərar ötən ilin sentyabr, oktyabr və dekabr aylarında həyata keçirilən ardıcıl 25 baza bəndlik endirimlərdən sonra qəbul olunub.

Federal Açıq Bazar Komitəsində (FOMC) səsvermə 10–2 nisbətində baş tutub. FED idarəçiləri Stiven Miran və Kristofer Uoller qərara qarşı çıxaraq 25 baza bəndlik əlavə faiz endirimini dəstəkləyiblər. Miranın FED-dəki səlahiyyət müddəti bu həftə başa çatır, Uoller isə potensial FED sədri namizədi kimi qiymətləndirilir.

FED-in bəyanatında bildirilib ki, ABŞ iqtisadiyyatı sabit templə böyüməyə davam edir, lakin iş yerlərinin artımı zəifləyib, işsizlik isə nisbətən sabitləşib. Eyni zamanda, inflyasiya hələ də 2% hədəfindən yüksək qalır.

FED sədri Cerom Pauell mətbuat konfransında bildirib ki, mövcud pul-kredit siyasəti maksimum məşğulluq və 2% inflyasiya hədəfinə doğru irəliləyiş üçün uyğun hesab olunur. Onun sözlərinə görə, əmək bazarında müəyyən sabitləşmə əlamətləri müşahidə edilsə də, immiqrasiyanın azalması və əmək bazarında iştirak səviyyəsinin zəifləməsi işçi təklifini məhdudlaşdırır.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (10.04.2026)

“Bakı Fond Birjası”nın Listinq Qaydaları yenilənib

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (03.04.2026)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı