FED faizləri stabil saxlayıb

Federal Ehtiyat Sistemi (FED) çərşənbə günü 2019-cu ilin son iclasını keçirib. İclas zamanı FED sədri ABŞ iqtisadiyyatının cari vəziyyətinin stabil olduğunu və bu səbəbdən faiz dərəcəsinin 1.50-1.75% aralığında sabit saxlandığını vurğulayıb. Sədrin sözlərinə görə, 2020-ci ildə faizin dəyişdirilməsi ilə bağlı planlar yoxdur.

Qeyd edək ki, cari ildə FED 3 dəfə faiz endiriminə gedib. İyul ayında faiz dərəcəsi 2.25-2.5% aralığında olub.

Bundan əlavə, iclasda FED liderləri növbəti il iqtisadi artımın 2% olacağı barədə proqnoz veriblər. Məlumat üçün qeyd edək ki, cari ildə iqtisadi artım 2.2%, 2018-ci ildə 2.9% olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır