FED-in qərarı və proqnozları kriptovalyuta bazarına müsbət təsir edib

ABŞ Mərkəzi Bankının (FED) noyabrın 2-dəki görüşündən sonra kriptovalyutaların qiyməti yüksəlməyə başlayıb. Belə ki, bank faiz dərəcələrini gözlənildiyi kimi daha 75 baza bəndi artırıb, bu isə FED-in faiz dərəcələrini artırmaqla bağlı 2022-ci ildə qəbul etdiyi 6-cı qərardır.

BBN.az CNBC TV-yə istinadən xəbər verir ki, rəsmi qurum cari il və növbəti 2023-cü ildə faiz dərəcələrini artıracağı ilə bağlı proqnozlarını da paylaşıb.

FED-in bu addımı isə investorlar üçün yaxşı bir xəbər hesab edilir, belə ki, artıq yaxın gələcəkdə onları nələrin gözlədiyindən xəbərdardırlar. 

Bu xəbərdən sonra risk faktoru yüksək dəyərli vasitələr hesab edilən, Bitcoin-in qiyməti 1.29% artaraq 20.713.66 dollara, Ether 1.23% artaraq 1601.60, XRP isə 0.19% artaraq 0.46 dollara ticarət edilib.

Ekspertlər isə bildirirlər ki, FED inflyasiyanı aşağı salmaq üçün aqressiv faiz artımı qərarları qəbul edir, bu isə ABŞ iqtisadiyyatının gücləndiyindən xəbər verir. Ancaq məsələ burasındadır ki, inflyasiya aşağı salınsa da, texnologiya səhm və kriptovalyuta bazarı üçün bu yaxşı xəbər hesab edilmir. 

Related posts

Növbəti valyuta hərracı keçirilib

Bu günün valyuta məzənnələri-16.07.2024

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.07.2024)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı