FED-in qərarından sonra bitcoin-in qiyməti ən yüksək göstəricisindən enib

Cümə aşamı, bu gün ABŞ-ın Mərkəzi Bankının (FED) qərarından sonra bitkoinin qiyməti enib. Bu isə FED-in faiz artımlarının davam edəcəyinin xəbərdarlığını etməsindən sonra baş verib. Həmçinin investorlar FTX-dən gələn nəticələri (kripto şirkəti müflis olmuşdu, rəhbəri Sam Bankman-Fried isə həbs edillmişdi-red.) izləməyə davam edirlər. 

BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, FED-in daha 0.50%-lik artım qərarından sonra, həm Bitcoin, həm də ABŞ səhm bazarında qiymətlər enməyə başlayıb.

Çərşənbə günü dünyanın ən böyük rəqəmsal valyutasının qiyməti 1 aydan çox müddətə ilk dəfə 18.356.50 dollardan yüksəyə ticarət edilirdi. Lakin Şərq Vaxtı ilə 4:27-də isə bitkoinin qiyməti 17.667.89 dollara ticarət edilirdi. Ether hansı ki, çərşənbə günü 1 aydan çox müddətə ilk dəfə 1.350 dollara çatmışdı. FED qərarından sonra isə rəqəmsal valyuta Şərq Vaxtı ilə 4:27-də 1.286.97 dollara ticarət edilirdi.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı