FED rəhbərinin müavini istefa verib

ABŞ Federal Ehtiyat Sistemi (FED) rəhbərinin müavini Stenli Fişer istefa edib.

Stenli Fişer istefa məktubunu prezident Donald Trampa təqdim edib.

Məktubda istefanın dəqiq səbəbi qeyd edilməsə də, buna səbəb kimi şəxsi səbəblər göstərilib.

Qeyd edək ki, Stenli Fişer 2014-cü ildə prezident Barak Obama tərəfindən FED rəhbərinin müavini təyin edilib. Onun səlahiyyət müddəti 2018-ci ildə bitməli idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır