FED sədri Mərkəzi Bankın dekabr iclasının nəticəsi ilə bağlı proqnoz verib

Çərşənbə günü ABŞ Mərkəzi Bankının sədri (FED) Jerome Powell gözlənildiyi kimi rəhbəri olduğu qurumun dekabrdakı iclasının nəticələri ilə bağlı siqnal verib.

BBN.az Yahoo Finance-yə istinadən xəbər verir ki, sədr Vaşinqtonda “Brookings Institution”da çıxışında dekabrda 0.50%-lik bir artımın olacağının proqnozunu verib və qeyd edib ki, faiz artımı sürətinin tənzimlənməsinə ehtiyac var.

“Faiz dərəcələrini aşağı salmaq bizim tezliklə etmək istədiyimiz addım deyil. Buna görə də, biz faiz dərəcələrinin artım sürətini azaltmaqla, daha düzgün səviyyənin nə olduğuna dair öz yolumuzu tapmağa çalışırıq”, – deyə FED sədri bildirib.

Qeyd etmək lazımdır ki, FED özünün son 4 iclasında faiz dərəcələrini 0.75% artırmışdı. Yuxarıda da bildirdiyimiz kimi dünənki çıxışında isə artımın 0.50% olacağı ilə bağlı siqnal vermişdi. Məhz Jerome Powell faiz dərəcələrinin artımı sürətini azaltmağa ehtiyac var dedikdə, bunu nəzərdə tuturdu.

Mərkəzi Bankın hazırkı faiz dərəcələri isə 3.75-4 arasında dəyişir. Bu isə 2007-ci ildən bəri ən yüksək göstərici hesab edilir. Əlavə edək ki, FED-in növbəti iclası dekabrın 14-də Şərq Saat vaxtı ilə günorta 2-də olacaq.

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı