Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
FED uçot dərəcəsini 0,25% artırdı - BBN

FED uçot dərəcəsini 0,25% artırdı

ABŞ-ın Mərkəzi Bankı (FED) faiz dərəcələrini mart ayından bu yana 8-ci dəfə artırıb və ölkədə inflyasiya dərəcəsinin sürəti isə enməkdədir.

BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, nəticədə tənzimləyici faiz dərəcələrini 0,25% artıraraq 4,50-4,75%-ə çatdırıb. Bu isə bankın 2023-cü ildə baş tutan ilk iclası idi və ekspertlərin təxminləri isə özünü doğruldub.

Mərkəzi Bankın rəhbəri Jerome Powell isə cari ildə faiz artımlarının azalmayacağı siqnalını da verib. Çünki ölkədə işsizlik səviyyəsi son 50 ilin ən aşağı səviyyəsində – 3.5%-dir və faiz artımları ilə isə tənzimləyici bilərəkdən iqtisadi aktivliyi azaltmağa çalışır. 

Qeyd edək ki, axırıncı dəfə FED-in iclası 2022-ci ilin dekabrın 13-dən 14-dək davam etmişdi.

İnvestorlar isə Mərkəzi Bankın növbəti iclasını gözləyirdilər və bu qərardan sonra səhm bazarında (Dow Jones, S&P 500, NASDAQ) qiymətlər yüksəlməyə başlayıb.

Bildirək ki, dünya ölkələrində Mərkəzi Bankların faiz artımına getməyinə səbəb isə geosiyasi və iqtisadi proseslər fonunda artan inflyasiya ilə mübarizə aparmaqdır.   

Related posts

ABŞ “TikTok” sövdələşməsinə görə 10 milyard dollar alacaq

“Nvidia” 2 milyard dollarlıq böyük investisiya elan etdi

Tramp administrasiyası 16 ticarət tərəfdaşı ilə bağlı araşdırmalara başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı