“FED-in faiz artırmasına ehtiyac yoxdur”

St. Louis FED sədri Ceyms Bullard pul siyasətinin neytrala yaxın olduğunu və FED-in faiz artırmasına ehtiyac olmadığını bildirib.

C.Bullard inflyasiyanın hələ aşağı səviyyədə olduğunu, 2018-ci ildə biraz yüksələ biləcəyini deyib. FED sədri həmçinin ABŞ-Çin ticari münasibətlərindən də bəhs edib. O deyib ki, bu ticari savaşda polad və aliminium məhdudlaşdırılarsa, makroiqtisadiyyata ciddi dərəcədə təsir etməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır