Ferrari elektrikli avtomobil istehsal edəcək

Həm İtalyan avtomobil markası Ferrari, həm də Fiat-Chrysler CEO’su Sergio Marchionne Tesla’nın elektrikli lüks avtomobil istehsalını digər şirkətlərin də edə biləcəyini bildirib.

BBN.az xəbər verir ki, CEO-nun ABŞ avtomobil sərgisindəki etdiyi açıqlama Ferrari nin strategiyasının dəyişdiyini göstərir.

Martionne bazarda super bir elektrikli avtomobil istehsal edilirsə bunun Ferrari tərəfindən ediləcəyini bildirib.

Qeyd edək ki, bundan əvvəl  Martionne Ferrari-nin elektrrikli avtobil istehsal etməsinin mümkünsüz olduğunu bildirmişdi.

Reuters agentliyinin məlumatına görə, qlobal avtomobil istehsalçıları elektrikli nəqliyyat vasitələrinə 90 milyard dollar sərmayə qoyub. Nəticədə isə bu bazarda rəqabətin gələcək dövrdə daha da artması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır